Eldar Əzizov: Vəziyyət təhlükəlidir

Eldar Əzizov: Vəziyyət təhlükəlidir
21:51 13-10-2018 | icon 39

 

Bu, təbii fəlakətdir. Səbəblərini açmaq üçün tələsmək lazım deyil.

milletinsesi.info-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, XVIII əsrdə Badamdarda yaşayış olmasa da, sürüşmələr qeydə alınıb:

“İnsan fəaliyyəti yalnız bu sürüşmələri sürətləndirə bilir. Sürüşməni yalnız kanalizasiya sistemi ilə bağlamaq olmaz. Ekspert rəyinin təqdim olunmasını gözləməliyik. Əsas odur ki, bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb”.

Eldar Əzizov qeyd edib ki, vaxtilə bu ərazidə tikinti aparmağa qərar verən adamlar da məsuliyyət daşımalıdır:

“Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər”.