“Kommersant”: Ermənistan prezidenti Moskvaya təcili səfər edib

“Kommersant”: Ermənistan prezidenti Moskvaya təcili səfər edib
11:55 13-10-2018 | icon 32

Ermənistan prezidenti Armen Sarkisyan həftənin əvvəlində Moskvaya səfər edib. Səfər zamanı o, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun müavini Qriqori Karasinlə görüşüb. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Kommersant” qəzeti Rusiya dövlət strukturundakı mənbəyə istinadla məlumat yayıb. 

Mənbənin sözlərinə görə, danışıqlar qeyri-formal xarakter daşıyıb. Tərəflər Rusiya və Ermənistan arasındakı münasibtləri, eləcə də, Ermənistan parlamentinə keçiriləcək seçkilər ərəfəsindəki vəziyyəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun işini müzakirə ediblər. 

Bundan əvvəl, Ermənistanda deputatlar parlamentin buraxılmasını blok edən qanunu qəbul ediblər. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar