Himalayda alpinistlər öldü

Himalayda alpinistlər öldü
11:15 13-10-2018 | icon 18

Cənubi Koreyadan və Nepaldan olan doqquz alpinist Himalayda qar uçqunu nəticəsində ölüb.

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Himalayan Times” qəzeti məlumat yayıb. 

“Trekking Camp Nepal” şirkətinin nümayəndəsi Vanqçu Şerpa bildirib ki, qar uçqunu nəticəsində Qurya Himal dağında yerləşən düşərgə məhv olub. Düşərgədə alpinistlər havanın yaxşılaşmasını gözləyirmiş. 

Məlumatlara görə, alpinistlərin cəsədləri aşkar edilib. Həmin rayona xilasedici helikopter göndərilib. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar