Rafael Ağayev yenə “yapon səddi”nə ilişdi

Rafael Ağayev yenə “yapon səddi”nə ilişdi
10:46 13-10-2018 | icon 16

Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa seriyasından olan son turniri başlayıb.

milletinsesi.info xəbər verir ki, ilk gündə tatami üzərinə Firdovsi Fərzəliyev (60 kq), Tural AğalarzadəRafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), həmçinin Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55kq) çıxıb.

Milli komandanı dəstəkləmək üçün Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri olan Gursel İsmayılzadə və səfirliyin əməkdaşları yarış zalına gəliblər.

Lakin ilk gün millimiz üçün uğursuz olub. Belə ki, komandamızın altı idmançısı yarışı medalsız başa vurub. Xüsusən, beşqat dünya çempionumuz Rafael Ağayevin üçüncü görüşündə onu artıq iki dəfə yenmiş yaponiyalı Ken Nishimuraya 0:1 hesabı ilə uduzması diqqətçəkəndir.

Üstəlik, bundan öncəki Berlin Premyer Liqa yarışında da “Brilyant oğlan”ın finalda “yapon səddi” ilə üzləşib uduzmasını da qeyd etməliyik.

Qeyd edək ki, daha altı idmançımız bu gün mübarizəyə qoşulub.