Badamdar şosesində çökmə

Badamdar şosesində çökmə
09:50 13-10-2018 | icon 19

Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında çökmə baş verib.

Bunu milletinsesi.info-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Oxu: 

Onun sözlərinə görə, bu gün səhər saatlarında ərazidə sürüşmə baş verib:

“Böyük bir ərazini əhatə edir. 200-250 metr enində olan kütlə çöküb. İstinad divarının bir hissəsi tamamilə çöküb, uçub”.

Əziz Qaralov qeyd edib ki, torpaq kütləsi magistral yola çatıb: 

“Ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir”.

İlhamə Əbülfət