Salahdan fantastik qol - VİDEO

Salahdan fantastik qol - VİDEO
09:10 13-10-2018 | icon 16

Misir yığmasının və “Liverpul” komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Afrika Millətlər Kuboku çərçivəsində Svazilend millisinin qapısına künc zərbəsindən qol vurub. 

milletinsesi.info-ın xəbərinə görə, Salah ilk hissənin sonlarında fərqlənib.

Yarımmüdafiəçi topu qapının uzaq küncünə göndərib. Bu Misir yığmasının matçda vurduğu dördüncü qol idi.

İkinci hissədə misirlilər qol vurmadılar. Svazilend millisinin isə 85-ci dəqiqədə vurduğu qol oyunda son hesabı müəyyənləşdirdi – 4:1.