Kadırovdan gözlənilməz təklif

Kadırovdan gözlənilməz təklif
01:45 13-10-2018 | icon 28

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda həbsdə olan futbolçular Aleksandr KokorinPavel Mamayevi “Axmat” futbol klubuna götürməyə hazır olduğunu bəyan edib.

milletinsesi.info “İnterfax”a istinadən xəbər verir ki, Kadırov futbolçuların cinayət işinin necə yekunlaşacağının qərarına təsir etməyəcəyini bildirib. 

“Mən “Axmat” klubunun rəhbərliyi ilə məsləhətləşdim. Kokorin və Mamayev azadlığa çıxacaqları gün - istər bu gün, istər də xeyli vaxt sonra komandamıza gələ bilərlər. Onlardan ulduz oyun və qollar gözləmirik. Məqsədimiz gənclərə normal həyata dönməyə kömək etməkdir”, - deyə o vurğulayıb.