BBC-nin efirində kuryoz: şahzadənin geyimi əvəzinə sinəsi tərifləndi

BBC-nin efirində kuryoz: şahzadənin geyimi əvəzinə sinəsi tərifləndi
23:45 12-10-2018 | icon 36

Britaniyanın BBC telekanalı şahzadə Yevgeniyanın toy mərasiminin canlı yayımında səhvə yol verib. 

milletinsesi.info xəbər verir ki, yanlışlıq şərhçinin sözlərinin subtitr sistemi tərəfindən düzgün verilməməsi üzündən olub.

İdman müxbiri Olli Beyliss özünün “Twitter” səhifəsində yazıb ki, subtitr sistemi şərhçinin “Necə də gözəl geyimdir! Ona çox yaraşır” sözlərini efirə “Necə də gözəl sinədir. Ona çox yaraşır” kimi verib.