Lavrov: ABŞ Suriyada “böyük Kürdüstan” yaratmaq istəyir

Lavrov: ABŞ Suriyada “böyük Kürdüstan” yaratmaq istəyir
22:40 12-10-2018 | icon 36

Vaşinqton Suriyada Fırat çayının şərq sahilində alternativ hakimiyyət orqanları yaratmaqla, orada kvazi dövlət yaratmağa çalışır yaxud da “böyük Kürdüstan” ideyası ilə bağlı təhlükəli oyuna hazırlaşır. 

milletinsesi.info xəbər verir ki, bunu Fransa mətbuatına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov ABŞ-ın bu bölgədə daim gərgin vəziyyətin davam etməsində maraqlı olduğunu bildirib. 

“Belə çirkli suda onlar üçün istədikləri balığı tutmaq daha asan olur”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, belə oyunlar heç vaxt yaxşı bitməyib.