Tramp keşiş Bransonun azadlığa buraxılmasından danışdı

Tramp keşiş Bransonun azadlığa buraxılmasından danışdı
19:55 12-10-2018 | icon 14

ABŞ prezidenti Donald Tramp azadlığa çıxan pastor Endryu Bransonun tezliklə evinə qayıdacağına ümidvar olduğunu bəyan edib. 

milletinsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, Tramp pastorun ABŞ-a qayıtması üçün səylərini əsirgəmədiyini bildirib. 

“Fikirlərim və dualarım pastor Bransonladır. Ümid edirəm ki, o, tezliklə evinə qayıdacaq”, - deyə ABŞ prezidenti vurğulayıb. 

Qeyd edək ki, bu gün Türkiyə məhkəməsinin qərarı ilə E. Branson məhkəmə zalından azadlığa buraxılıb.