Səmədov həbsxanaya göndərilən futbolçulara dəstək verdi

Səmədov həbsxanaya göndərilən futbolçulara dəstək verdi
19:20 12-10-2018 | icon 35

Moskvanın “Spartak” futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbs edilən futbolçular – Aleksandr KokorinPavel Mamayevə dəstəyini ifadə edib. 

milletinsesi.info xəbər verir ki, Səmədov ictimaiyyətin yaranmış vəziyyətdə tutduğu mövqedən narazılığını bildirib. 

“Biz onları xeyli vaxtdır tanıyırıq. Bu futbolçuları həm peşəkar kimi, həm də insan kimi tanıyıram. Onları buna vadar edən çox əsaslı səbəb olmalıdır. Gəlin tələsik nəticələr çıxarmayaq. Məhkəmə və linç edilmə fərqli tərəflərdə dayanıb”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, Kokorin və Mamayev Moskvada kafedə saldıqları dava ilə əlaqədar saxlanılıb. Onlar iki ay müddətində həbsdə qalacaqlar.