Gürcüstanda çətənə festivalı keçirilə bilər

Gürcüstanda çətənə festivalı keçirilə bilər
14:50 12-10-2018 | icon 18

Gürcüstanda keçiriləcək prezident seçkilərində “Qirçi” partiyasından namizəd olan Georgi Caparidze Tbilisidə çətənə festivalı keçirmək niyyətindədir. 

milletinsesi.info Gürcüstan KİV-ə istinadla xəbər verir i, müxalif hərəkatının üzvləri tədbiri seçkilərə bir həftə qalmış oktyabrın 20-də şəhərin mərkəzi parklarından birində keçirməyi planlaşdırır. 

“Qirçi” partiyasının bəyanatında deyilir: festivala azadlığın vacib olduğu bütün vətəndaşlar gəlməlidir. Tədbir zamanı çətənənin satılması da istisna edilməyib. 

“Mən vətəndaş itaətsizliyinin növbəti aktını təşkil etmək niyyətindəyəm”, - Caparidze bəyan edib. 

Qeyd edək ki, “Qirçi” partiyasını maraqlı təşəbbüsləri və qərarları ilə məşhurdur. Partiya marixuananın və fahişəliyin leqallaşdırılması ilə bağlı bəyanatlar səsləndirib. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar