Konor və Həbib UFC-dən diskvalifikasiya edildi

Konor və Həbib UFC-dən diskvalifikasiya edildi
13:15 12-10-2018 | icon 18

Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib. 

milletinsesi.info “Life” portalına istinadla xəbər verir ki, diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar qərarı verəcək. 

Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb. 

Bundan əvvəl Nurməhəmmədov “Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib.

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar