Bayılda təhlükə: obyektlərin fəaliyyəti dayandırıldı

Bayılda təhlükə: obyektlərin fəaliyyəti dayandırıldı
12:40 12-10-2018 | icon 36

Bayılda sürüşmə ilə bağlı ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb.

Bunu milletinsesi.info-a açıqlamasında Səbail rayon icra başçısının müavini Abit Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəli ərazi müəyyənləşdirilir:

“Oktyabrın 3-dən ərazidə aktivlik var idi. Həmin gündən buraya nəzarət olunurdu. Ötən gecə aktivlik artıb və ərazidə ciddi yarğanlar  yaranıb. Təhlükə olar deyə, əraziətrafı yollar bağlanıb və obyektlərin fəaliyyəti dayandırılıb ki, sürüşmə olarsa, həyati təhlükə olmasın”.

Abit  Əliyev qeyd edib ki, təhlükəli ərazi müəyyənləşəndən sonra qərar veriləcək:

“Baş nazirin müavini Hacıbala Abutalıbov və digər rəsmilər əraziyə baxış keçirib. Saat 16:00 ərazi barədə qərar veriləcək”.

İlhamə Əbülfət