Bakıda qızlar oğlana görə saçyolduya çıxdı - VİDEO

Bakıda qızlar oğlana görə saçyolduya çıxdı - VİDEO
12:10 12-10-2018 | icon 53

 

Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib. 

milletinsesi.info Azxeber.com-a istinadla xəbər verir ki, axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib.

Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb. Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər. 

Nəticədə, polis onların hər ikisini saxlayaraq, bölməyə aparıb. Bu zaman onlar polisə çətin anlar yaşadıblar.

Hadisə şəhidlərinin sözlərinə görə, iki qız arasındakı insident oğlana görə olub. 

Həmin görüntüləri təqdim edirik: