Türkiyədə Rusiya vətəndaşları saxlanılıb

Türkiyədə Rusiya vətəndaşları saxlanılıb
10:57 12-10-2018 | icon 25

Rusiya vətəndaşları Rəşid Yenikeyev Elana Rəhmanova Türkiyədə saxlanılıb. Rusiyanın Ankaradakı səfirliyi həmin şəxslərin saxlanma səbəblərini araşdırır. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Rusiya diplomatik missiyasının press-attaşesi İrina Kasımovaya istinadla məlumat yayıb. 

Dünən Türkiyənin “DHA” agentliyi Kayseridə İŞİD terror təşkilatına üzvlükdə şübhəli bilinən yeddi nəfərin həbs olunduğunu bildirib. Onlar arasında iki rusiyalı da olub. 

“İki rusiyalının saxlandığı informasiyası doğrudur, təfərrüat araşdırılır”, - Kasımova bildirib. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar