Azərbaycanlı taksidə 10 min dollarını unutdu - VİDEO

Azərbaycanlı taksidə 10 min dollarını unutdu - VİDEO
12:11 12-10-2018 | icon 39

İstanbulda istifadə etdiyi taksidə cibində 10 min dollar olan pencəyini unudan azərbaycanlı iş adamının pulları geri qaytarılıb. 

milletinsesi.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Yenibosnada baş verib.

40 yaşlı Tahir Məmmədov taksidən enərkən pencəyini götürməyi unudub. Bir müddət sonra vəziyyəti anlayan Məmmədov taksi sürücüsünün telefon nömrəsini tapıb və onunla əlaqə saxlayıb. 

Sürücü Yaqub Bayıroğlu pulları sahibinə qaytarıb.

“Avtomobildən düşən zaman pencəyini unudub. Düşdükdən 3-4 dəqiqə sonra mənə zəng etdi. Görüşüb, pulunu qaytardım”, - sürücü deyib. 

Tahir Məmmədov isə sürücüyə bu addımına görə təşəkkür edib:

“Yaqub ağabəyə təşəkkür edirəm. Azərbaycandan gəlmişəm. Biz, əslində, bir millət, iki dövlətik. İstanbulda belə bir şeyin başıma gələcəyini bilməzdim. Ticarət işi ilə bağlı pulu yanımda götürmüşdüm. Allah ondan razı olsun. Məni çox sevindirdi”.

Samir İsayev

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar