Model avtomobil idarə edərkən güllələndi

Model avtomobil idarə edərkən güllələndi
01:05 12-10-2018 | icon 33

ABŞ-da 28 yaşlı model sükan arxasında olarkən güllələnib, nəticədə yolda zəncirvari qəza baş verib. 

milletinsesi.info Fox 5 Atlanta telekanalına istinadən xəbər verir ki, Kelsi Kveyl boynundan güllə yarası alıb. 

Onun idarə etdiyi avtomobil yolun əks istiqamətinə dönüb və nəticədə daha üç avtomobillə toqquşub. 

Polis ehtimal edir ki, Kveyl yolda digər sürücü ilə mübahisə edib. Həmçinin qadının atışma nəticəsində təsadüfən güllə yarası aldığı versiyası nəzərdən keçirilir.