Dünyanın ən bahalı qırıcı təyyarələrinin uçuşları dayandırıldı

Dünyanın ən bahalı qırıcı təyyarələrinin uçuşları dayandırıldı
19:30 11-10-2018 | icon 36

Pentaqon beşinci nəsil F-35 qırıcılarının uçuşlarının dayandırılması haqqında göstəriş verib.

milletinsesi.info xəbər verir ki, səbəblərdən biri kimi təyyarələrin yanacaq sistemində nasazlığın mümkünlüyü göstərilir.

Bu üzdən də ABŞ ordusunda olan, habelə digər orduların istifadəsində olan F-35 qırıcılarının hamısı yoxlanılacaq. 

Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir. 

Qeyd edək ki, müvafiq qərar sentyabrın 28-də ABŞ-da F-35B qırıcısının qəzaya uğraması səbəbindən qəbul edilib. 

Lockheed Martin F-35 Lightning II qırıcılarının yaradılması proqramı silah istehsalı tarixinə ən bahalı proqram kimi düşüb. ABŞ bu proqramın icrasına 1,5 trilyon dollar vəsait xərcləyib.