Prezident avtomobil yolunun tikintisinə üç milyon manat ayırdı

Prezident avtomobil yolunun tikintisinə üç milyon manat ayırdı
18:20 11-10-2018 | icon 16

Prezident İlham Əliyev Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

milletinsesi.info xəbər verir ki, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə qeyd olunan maliyyələşməni təmin etmək tapşırılıb.