>

Şiddətli töhmət alan icra başçısı danışdı - “Prezident həmişə haqlıdır”

 29-08-2025

“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.

MillətinSəsi.info xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.

İcra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq: “İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.

Bənzər yazılar

0.079426050186157