>

“Bank of Baku” mərhum qazinin anasını məhkəməyə verib

 29-08-2025

“Bank of Baku”nun əməkdaşı, 2 il öncə dəm qazından boğularaq dünyasını dəyişmiş Vətən müharibəsi veteranı Səbuhi Məmmədovun anasını məhkəməyə verib. Bununla kifayətlənməyərək, mərhum gəncin anasına qarşı hörmətsizlik də nümayiş etdirib.

MillətinSəsi.İnfo” xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiyalar Agentliyinin baş mütəxəssisi, tanınmış jurnalist Tural İbadlı “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, Səbuhi Məmmədovun vəfatından bir müddət sonra onun “Bank of Baku”dan kredit götürdüyü və təxminən 1000–1200 manat borcu qaldığı məlum olub: “Üstündən təxminən 2 ilə yaxın vaxt keçib. Səbuhinin anasını banka çağırıblar və bildiriblər ki, oğlunun krediti var idi, onu ödəməlisiniz. Hətta bank əməkdaşı bir qədər də irəli gedərək deyib: ‘Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkar-minkar narahat etməsin’.

Bir sözlə, indi də məsələni məhkəməyə veriblər və işə sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.”

T. İbadlı xatırladıb ki, 44 günlük Vətən müharibəsində iştirak edən Səbuhi Məmmədov Prezident İlham Əliyevin 24 iyun tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

“O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ‘Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə’ medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə ‘Təşəkkürnamə’ ilə təltif edilib”, – deyə jurnalist qeyd edib.

Məsələ ilə bağlı “Bank of Baku”nun PR üzrə aparıcı eksperti Vüsalə Həsrətli Yenisabah.az-a bildirib ki, hazırda məsələ araşdırılır: 

“Mətbuatda bu mövzuda dərc olunan xəbərləri görmüşük. Hazırda bu məsələni araşdırırıq. Dəqiqləşdirildikdən sonra daha ətraflı məlumat veriləcək”.    

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində iştirak edən Səbuhi Məmmədov Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Səbuhi Məmmədov dünyasını dəyişənə qədər “Report” İnformasiya Agentliyində montajçı vəzifəsində çalışıb.        

Bənzər yazılar

0.076534032821655