>

Mehdiabad-Digah-Məhəmmədi yolunda avtobus dayanacaqları yox dərəcəsindədir

 28-08-2025

Abşeron rayonunun Mehdiabad qəsəbəsindən başlayaraq Digah yolu adlanan ərazidən Məhəmmədi kəndinə qədər yolboyu avtobus dayanacaqlarının yoxluğu sakinlərin narazılığına səbəb olub.

Oxu.Az-a ünvanlanan müraciətdə qeyd edilib ki, yolayrıcından başlayaraq bu marşrut boyu dayanacaq infrastrukturu mövcud deyil.

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yalnız bəzi məntəqələrə alüminium dirək quraşdırılıb və üzərinə avtobus dayanacağının olmasını bildirən nişan vurulub. Sakinlərin sözlərinə görə, AYNA-nın dayanacaq anlayışı bundan o tərəfə keçmir - nə kölgəlik, nə yağışdan qoruyan dam örtüyü, nə də oturacaq mövcuddur. Dayanacaq kimi seçilən ərazilərin məişət tullantıları ilə çirklənmiş vəziyyətdə olması da ayrı dərddir.

Digər bir problem isə dayanacaqlar üçün xüsusi "cib"lərin olmamasıdır. Belə ki, yol kənarında avtobusların saxlaması üçün nəzərdə tutulan genişlənmiş sahələr yoxdur. Nəticədə sürücülər məcbur olub avtobusu yolun ortasında saxlayırlar və bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur", - deyə müraciətdə bildirilib.

Şikayətdə o da vurğulanıb ki, mövcud problemlə bağlı həm AYNA-ya, həm Abşeron Rayon İcra Hakimiyyətinin yerli nümayəndəliklərinə, həm də bələdiyyələrə dəfələrlə şifahi müraciətlər edilsə də, indiyədək heç bir tədbir görülməyib.

Bənzər yazılar

0.07050085067749