>

MEHRİBAN ƏLİYEVA VƏ AZƏRBAYCAN GƏNCLİYİ

 26-08-2025

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva müasir dövrdə gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərən liderlərdən biridir. Onun fəaliyyəti Azərbaycan gəncliyinin savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda dünyagörüşlü və müasir texnologiyalara bələd bir nəsil kimi formalaşmasına xidmət edir.

Mehriban Əliyevanın təşəbbüsləri ilə ölkənin müxtəlif bölgələrində yeni məktəblər və universitetlər üçün müasir infrastruktur yaradılıb. Fondun dəstəyi ilə gənclər üçün xaricdə təhsil proqramları, təqaüdlər və innovativ layihələr həyata keçirilir. Bu, Azərbaycan gəncliyinin dünya təcrübəsinə inteqrasiya etməsinə imkan yaradır.

Heydər Əliyev Fondunun təşkil etdiyi müsabiqələr, festival və layihələr gənclərin yaradıcılıq potensialını üzə çıxarmağa xidmət edir. Musiqi, rəssamlıq, ədəbiyyat və digər sahələrdə istedadlı gənclərə xüsusi qayğı göstərilir, onların dünyada tanıdılması üçün imkanlar yaradılır.

Mehriban Əliyeva idmanın inkişafını daim diqqətdə saxlayır. Onun təşəbbüsü ilə gənclərin idmana marağı artırılıb, bir çox beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycan gəncliyində sağlam həyat tərzinə marağı daha da gücləndirib.

Mehriban Əliyevanın fəaliyyətində gənclərin vətənpərvər ruhda böyüməsi mühüm yer tutur. Onun təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə göstərilən qayğı gənc nəsildə vətən sevgisini, milli həmrəyliyi və dövlətçilik ruhunu gücləndirir.

Heydər Əliyev Fondunun dəstəklədiyi müxtəlif sosial layihələr gənclərin təşəbbüslərinin reallaşmasına geniş imkanlar açır. Könüllülük hərəkatının inkişafı, sosial kampaniyaların təşkili gəncləri cəmiyyət həyatında daha fəal olmağa ruhlandırır. 

Mehriban Əliyeva Azərbaycan gəncliyinə bir gələcəyin etibarlı təməli, ölkənin sabahı kimi yanaşır. Onun siyasəti gənclərin savadlı, yaradıcı, sağlam və vətənpərvər bir nəsil kimi yetişdirilməsinə xidmət edir. Bu gün gənclik də öz növbəsində Mehriban xanımın diqqət və qayğısını yüksək qiymətləndirir və onun ideyalarına sadiqlik nümayiş etdirir.

Mehdiyeva Nərmin Rövşən qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Müasir Azərbaycan dili kafedrası müəllimi

Bənzər yazılar

0.069772005081177