Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təkcə sosial, mədəni və humanitar sahələrdə deyil, həm də milli dil siyasətinin inkişafında mühüm xidmətləri ilə seçilir. Onun fəaliyyəti Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi, dünya miqyasında tanıdılması və gələcək nəsillərə sevdirilməsi istiqamətində böyük əhəmiyyət daşıyır.
Mehriban Əliyeva dəfələrlə çıxışlarında qeyd edib ki, dil hər bir xalqın milli kimliyini, mədəni irsini və tarixini yaşadan başlıca dəyərdir. Onun təşəbbüsləri nəticəsində Azərbaycan dili yalnız dövlət dili statusunda deyil, həm də dünyada təbliğ olunan zəngin mədəniyyətin ayrılmaz hissəsi kimi tanıdılır.
Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği Azərbaycan mədəniyyət mərkəzlərində dil kursları təşkil olunub, diaspor gəncləri üçün ana dilini öyrənmək imkanları yaradılıb.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində klassik Azərbaycan ədəbiyyatının nümunələri, həmçinin çağdaş yazarların əsərləri nəşr edilərək geniş oxucu auditoriyasına təqdim olunub. Bu, Azərbaycan ədəbi dilinin zənginliyinin təbliği və qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mehriban Əliyeva Azərbaycanın multikultural dəyərlərini daim dəstəkləyərək ölkədə yaşayan bütün etnik qrupların ana dillərinə hörmətlə yanaşılmasını vacib hesab edib. Bununla yanaşı, dövlət dili olan Azərbaycan dilinin ümumxalq ünsiyyət vasitəsi kimi mövqeyini möhkəmləndirmək, hər kəsin bu dili yüksək səviyyədə bilməsi üçün müxtəlif maarifləndirici proqramlara dəstək göstərib.
Mehriban Əliyevanın təşəbbüsü ilə məktəblərdə Azərbaycandilinin tədrisinin keyfiyyəti yüksəldilib, müxtəlif olimpiadalar, ədəbi-bədii müsabiqələr təşkil olunub. Bu yarışmalar həm gənclərdə ana dilinə sevgini artırır, həm də onların nitq mədəniyyətinin inkişafına şərait yaradır.
Heydər Əliyev Fondunun layihələri çərçivəsində Azərbaycan dilinə aid müxtəlif elektron kitabxanalar, rəqəmsal resurslar və onlayn platformalar yaradılıb. Bu təşəbbüslər dilin müasir mühitdə istifadəsini asanlaşdırır, gənclərin rəqəmsal dünyada ana dili ilə bağlı biliklərini gücləndirir.
Mehriban Əliyevanın dil siyasəti milli kimliyin qorunması, Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması və gənc nəsillərə sevdirilməsi üzərində qurulub. Onun fəaliyyəti nəticəsində Azərbaycan dili təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanıdılan zəngin mədəniyyət daşıyıcısına çevrilib.
Əhmədova Məlahət Vidadi qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Müasir Azərbaycan dili kafedrası, müəllim.






































