>

Məmməd İsmayıl VƏFAT ETDİ

 19-08-2025

Şair Məmməd İsmayıl vəfat edib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə şair Ehtiram İlham sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

Xatırladaq ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuzda anadan olub. Onlarla şeir kitabının müəllifi olan tanınmış şair ölkə və beynəlxalq miqyasda bir sıra mükafatlara layiq görülüb.

Bənzər yazılar

0.071156024932861