>

Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb

 18-08-2025

Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

"MillətinSəsi.İnfo" xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.

Yusuf Dursunov (125 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, mundiala avqustun 24-də yekun vurulacaq.

Bənzər yazılar

0.071275949478149