Avropanın yeganə hökmdar kraliçası nəvələrini kraliyyət titulundan MƏHRUM EDİB

 30-09-2022

Avropanın yeganə hökmdar kraliçası və qitədə ən uzun müddət hökmranlıq edən monarx - Danimarka kraliçası Marqret səkkiz nəvəsindən dördünü titullarından məhrum edib.

Bu addıma rəsmi səbəb kimi kral ailəsinin kiçik oğlu Şahzadə Yoahimin dörd uşağının normal həyat sürməsinə icazə vermək istəməsi göstərilib. Avropadakı digər kral ailələri də oxşar davranışlar sərgiləyirlər.

Kral sarayının bəyanatında bildirilir ki, 2023-cü il yanvarın 1-dən etibarən Şahzadə Yoahimin övladları yalnız Monpeza qrafı və qrafinyası titullarından istifadə edə biləcəklər, “Danimarka Şahzadəsi” titulları isə ləğv ediləcək.

Qeyd edək ki, 53 yaşlı Şahzadə Yoahimin iki nikahdan dörd övladı var: Nikolay, Feliks, Henrik və Afina.

Şahzadə Yoahimin iki böyük oğlunun anası Danimarka mətbuatına verdiyi açıqlamada bu qərardan şoka düşdüyünü deyib.

“Bu, haradan çıxdı?! Uşaqlar özlərini rədd olunmuş hesab edirlər. Onlar şəxsiyyətlərinin niyə onlardan oğurlandığını başa düşə bilmirlər”, - deyə qrafinya təəccübünü bildirib.

Maraqlıdır ki, kraliçanın digər oğlu - 54 yaşlı vəliəhd Şahzadə Frederikdən doğulan dörd nəvəsi titullarını qoruyacaq.

Mənbə: The Guardian

Bənzər yazılar

0.0313401222229