Müğənni Rəqsanə İsmayılova həbs olunub.
MillətinSəsi.İnfo-nun əldə etdiyi məlumata görə, o, dələduzluqda təqsirli bilinir.
Vətəndaşların şikayəti əsasında Sabunçu rayonunun polis əməkdaşları tərəfindən saxlanılan 1979-cu il təvəllüdlü müğənni iki nəfər zərərçəkənin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyaları və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinir.
Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə" maddəsi üzrə cinayət işi başlanılıb.
R.İsmayılova təqsirləndirilən şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər. (Publika.az)






































