>

“Günün erkən saatlarında yola çıxın” – DİN-dən sürücülərə müraciət

 15-08-2025

Həftəsonları istirahət etmək üçün paytaxtdan respublikamızın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunur.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə DİN-in sürücülərə müraciətində bildirilir.

Qeyd olunub ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir:

“Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün sizi aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq:

- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;
- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
- təhlükəsizlik kəmərindən istifadə edin;
- ⁠sürət həddini aşmayın;
- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;
- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;
- ötmə qaydalarına uyğun davranın;
- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;
- ⁠mümkünsə günün erkən saatlarında yola çıxın”.

Bənzər yazılar

0.073744058609009