Rusların desant alayının bütün komandanlığı MƏHV EDİLDİ - Polkovnik Sergey Suxarev isə...

 30-03-2022

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 331-ci Qvardiya Hava Desant Alayının bütün komandanlığını məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev Facebook-da yazıb.

Onun sözlərinə görə, Ukrayna ərazisində hərbi toqquşmalar nəticəsində 331-ci alaya komandanlıq edən polkovnik Sergey Suxarev öldürülüb. Qərargah rəisi, podpolkovnik, qərargah zabitləri də hamısı məhv edilib.

Eks-deputat onu da xatırladıb ki, 2014-cü ildə İlovayski “yaşıl dəhliz”lə tərk edən Ukrayna qoşunlarına məhz 331-ci alay kürəyindən xain zərbəsi endirib. Həmin hücuma da şəxsən Suxarev rəhbərlik edibmiş.

Bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Ştefan bildirib. O vaxt Suxarev yalnız bir batalyon-taktiki dəstəyə rəhbərlik edirdi.

Lakin Ukraynanın işğalı zamanı Suxarev artıq alay komandiri imiş.

 

Bənzər yazılar

0.26379895210266