>

Qırmızı bülletenlə axtarılan azərbaycanlı Gürcüstanda saxlanıldı

 10-08-2025

Gürcüstanın Marneuli rayonunda 1986-cı il təvəllüdlü R.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
 
Məlumata əsasən, mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinən həmin şəxs 2013-cü ildən Azərbaycan tərəfindən İnterpolun "qırmızı bülleten”i ilə axtarışdadır.
 
Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiyadan öncəki prosedurlar həyata keçirilir.

Bənzər yazılar

0.12870192527771