İsrail Prezidenti İsaak Hersoq “X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb.
MilletinSesi.info xəbər verir ki, paylaşımda deyilir:
“Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim. Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı liderliyinə görə, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Onlar sülh, əmin-amanlıq və firavanlıq içində yaşasınlar”, - Hersoq bildirib.
Bizim.Media