Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1531 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 788 958 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9500 nəfər vəfat edib, aktiv xəstə sayı 5212 nəfərdir.
Ölkədə son sutka ərzində 7530, hazırkı dövrədək isə 6 593 522 test aparılıb.
Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 637 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1631, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 21 214, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1278 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 136 656, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 307 491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 793 776, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 823 016, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 212 373 nəfər təşkil edir.