İyulun 15-i axşam saatlarında Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ura.ru” mənbələrə istinadla məlumat yayıb.
“İlkin məlumatlara görə, Mutvəli, üç saat əvvəl saxlanılıb. Onun indi müvəqqəti saxlama təcridxanasına salınması planlaşdırılır. Daha sonra isə həbs-qətimkan tədbiri seçiləcək”, - agentliyin mənbəsi bildirib.
Mənbənin sözlərinə görə, Mütvəli Şıxlinski saat 20:30 radələrində ilkin olaraq İstintaq Komitəsinə təhvil verilib.
Onu da bildirək ki, Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib.
Leninski Rayon Məhkəməsi onu hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi üzrə təqsirli bilib.
Mutvalı Şıxlinski iki ay müddətinə həbs edilib.
Qeyd edək ki, bundan əvvəl, iyulun əvvəlində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də Yekaterinburqda saxlanılıb. O, dindirildikdən bir neçə saat sonra sərbəst buraxılıb.






































