DİM sədri Məleykə Abbaszadə: "Yüksək nəticə göstərən abituriyentlərin valideynlərindən biri müəllimdir"

 14-07-2025

"Yüksək nəticə göstərən abituriyentlərin böyük əksəriyyətinin valideynlərindən biri müəllimdir".

MillətinSəsi.İnfo "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, bunu aparılan müşahidələr deməyə əsas verir: "Həmin valideynlər xüsusilə də riyaziyyat müəllimləri olurlar. Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb".

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46.69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək: "Onların 53.31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər".

DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur: "Abituriyent 4" jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək".

M.Abbaszadə həmçinin vurğulayıb ki, dövlət sifarişli yerlərin yalnız 5-8 faizini rus bölməsinin abituriyentləri qazana bilirlər: "Dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni zamanda müraciət edir. Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün bu yerlərin böyük əksəriyyətini həmin bölmə üzrə təhsil alanlar tutur. Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil".

O bildirib ki, işlər çox ciddi şəkildə həyata keçirilir: "Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq. Prosesə, hətta mənim belə müdaxiləm qeyri-mümkündür".

DİM sədri sualların çətinliyi ilə bağlı iddialara da toxunub: "Mediada bizim işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayırlar. Mənə elə gəlir ki, bizim 30 ildə yazdığımızı heç kim oxumur. Hər bir testin şəxsiyyət vəsiqəsi var. Biz bilirik ki, misal olaraq, bu testə 70 faiz cavab verməlidir. Bu isə daha çətindir, 25 faiz cavab verməlidir".

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün DİM-də keçirilən mətbuat konfransı zamanı açıqlaması ilə diqqət çəkib.

Belə ki, o, baytarlıq ixtisasının vacibliyindən danışarkən ona ünvanlanan suala maraqlı cavab verib.

"İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi daha ağırdır, nəinki ölmüş inəyin. Hər gün sağılmaq ondan ağırdır. Qadınlar bu mövzuda məni başa düşərlər".

Bənzər yazılar

0.070852041244507