Bakıda və ətraf ərazilərdə motosiklet sürücülərinin gecə saatlarında insanların rahatlığını pozması ilə bağlı şikayətlər artır.
Baku TV-nin çəkiliş qrupu bu şikayətlərin daha çox gəldiyi Abşeron rayonu Xırdalan şəhərində olub və sakinlərin narazılığının doğruluğu müşahidə edilib.
Sakinlər deyirlər ki, motosiklet sürücüləri küçələrdə yüksək səslə hərəkət edir, eləcə də təhlükəsizlik qaydalarını pozurlar.
"Hər gecə səhərə qədər sürürlər. Camaat yatır axı. Narahat oluruq", - deyə sakin bildirib.
Ətraflı süjetdə: