Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək

 08-07-2025

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək.

Milletinsesi.info-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb.

Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur.

Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı BTE ilə bağlanılmış müqavilənin dəyəri 226 560 manat müəyyənləşib.

 

Bənzər yazılar

0.069600820541382