Beşbarmaq dağında qadın paraşütlə qayaya çırpılıb öldü - Faciəli hadisənin TƏFƏRRÜATI

 07-07-2025

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.

MillətinSəsi.İnfo APA-ya istinadən xəbər verir ki, hadisə Beşbarmaq dağında qeydə alınıb

Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qayaya çırpılıb və hadisə nəticəsində ölüb.

Siyəzəndə Beşbarmaq dağında qadının faciəli şəkildə ölməsinin təfərrüatı məlum olub.

Məlumata görə, 1989-cu il təvəllüdlü Nuranə Məcidova Bakı şəhərindən gedibmiş. O, həvəskar paraşütçü olub və bir neçə dəfə paraşütlə tullanmaq üçün həmin əraziyə gedib.

Növbəti dəfə də Beşbarmaq dağına gedən qadın paraşütlə tullanıb. Lakin bu dəfə istiqaməti düz götürmədiyindən küləyə əks istiqamətə atılıb. Bu vaxt paraşüt qadına dolaşıb və nəticədə o, qayaya çırpılaraq, aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.071069955825806