Mingəçevirdə 2 kater toqquşdu: 6 nəfər xəsarət aldı

 05-07-2025
Mingəçevir şəhərində Kür çayında 2 kater toqquşub.
 
MillətinSəsi.info-nun məlumatına görə, FHN-in Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.
 
Hadisə nəticəsində 6 nəfər (5-i kişi, 1-i qadın) müxtəlif dərəcəli xəsarətlər alıb, 2 nəfərə isə hadisə yerində yardım göstərilib.
 
Hadisə zamanı xəsarət alan və tibb müəssisəsinə yerləşdirilən şəxslər 2011-ci il təvəllüdlü Ə.Vəliyev, 2008-ci il təvəllüdlü Ə.Xudiyev, 1984-cü il təvəllüdlü O.Xudiyev, 2007-ci il təvəllüdlü G.Xudiyeva, 2018-ci il təvəllüdlü T.Xudiyev, 1983-cü il təvəllüdlü X.Vəliyevdir.
 
TƏBİB-in yaydığı məlumata görə, xəsarət alanlardan 1983-cü il təvəllüdlü X.Vəliyevə bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi  yardım göstərilən pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir.
 
Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.063712120056152