Diaspor rəhbəri Rusiya vətəndaşlığından ÇIXARILDI

 04-07-2025

Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib.

Bu barədə məlumatı Oxu.Az-a açıqlamasında Elşən İbrahimov özü təsdiqləyib.
 
"Rusiya hökumətinin bu qərarının səbəbini nədə görürsünüz" sualına cavabında o deyib ki, yaxın günlərdə vətənə - Azərbaycana qayıdacaq və həmin vaxt məsələ ilə bağlı açıqlama verəcək.

Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov 18 iyunda "Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər törətdiyinə görə" Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib. Bu barədə RBK nəşri mənbələrə istinadən yazır.

Qeyd edək ki, E.İbrahimov Rusiyadakı Azərbaycan diasporunun fəal üzvlərindəndir.

Bənzər yazılar

0.06278395652771