"Türk müsəlmanlara qarşı zorakılıq Rusiyanı çökdürəcək".
Bu sözləri Milli Məclisin sədr müavini Musa Qasımlı Baku TV-nin efirində söyləyib.
Musa Qasımlı Rusiyanın hazırkı siyasətinin tamamilə səhv olduğunu deyib:
"Rusiyanın hazırda yürütdüyü siyasət onu fəlakətə aparır. Bu düşmənçiliyin kökü Azərbaycanda deyil, Rusiyanın özündədir".
Millət vəkili Aydın Mirzəzadə isə Rusiyanın xarici siyasətində Azərbaycanın önəmli yer tutduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın gücünü qəbul edir və əhəmiyyətini dərk edir.
"Bizim əməkdaşlığımızın başqa variantı yoxdur. Biz ancaq mehriban qonşuluq siyasətində olub, bir-birimizin milli maraqlarına hörmətlə yanaşa bilərik. Ortaya çıxan hər hansı məsələnin diplomatik yolla həlli bizim üçün əsasdır. Heç bir ölkədə təyyarə özbaşına vurula bilməz. Bu, Müdafiə Nazirliyinin icazəsi ilə həyata keçirilir", - deyə millət vəkili əlavə edib.
Deputat hadisə zamanı Rusiyanın dərhal üzr istəməli olduğunu, lakin bundan boyun qaçırdığını vurğulayıb.
"Təyyarəni vurub Xəzərə göndərirsən ki, iz itsin. Bu, ləyaqətli hərəkət deyil. Qəza da ola bilər, təyyarə səhvən vurula da bilər. Amma məsuliyyəti üzərindən atmaq düzgün deyil".