Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.
MillətinSəsi.İnfo xəbər verir ki, onun meyiti Hövsan qəsəsbəsinin ərazisində aşkar olunub.
Qeyd edək ki, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə meyitin Cümşüd Cümşüdlüyə məxsus olması müəyyən edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Hadisənin sosial şəbəkələrdə görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə lükün qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.
Hadisənin iyunun 26-da baş verdiyi bildirilir. Cümşüd ailənin tək övladı olub və o, hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.