İsrail Ordusu İranla paralel olaraq Livana da yeni zərbə endirib

 16-06-2025

Tehrana yeni hücum dalğası ilə bağlı xəbərlərlə yanaşı, İsrail ordusu Livana yeni zərbə endirdiyini açıqlayıb.

MilletinSesi.info "Report"ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat Livanın cənubundakı Hola şəhərinin kənarında həyata keçirilib. Qeyd edilib ki, məqsədi radikal "Hizbullah" təşkilatının silahlı qanadının üzvünü məhv etmək olub.

Onu da bildirək ki, bu gün gecə saatlarında 50 İsrail qırıcısı İranın Tehrandakı nüvə layihəsi obyektlərinə hücum edib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“50 döyüş təyyarəsi bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib. Hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və İran rejiminin nüvə arxivini gizlətdiyi digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, İsrail ordusu üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib:

“İsrail ordusu İranın nüvə təhlükəsinə qarşı hücumlarını artırmağa davam edir, infrastrukturu zədələyir və onu silah istehsalı üçün kritik imkanlardan və komponentlərdən məhrum edir”.

Bənzər yazılar

0.071583986282349