ABŞ Prezidenti Donald Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamayıb.
MilletinSesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kanadada keçirilən “Yeddilik Qrupu” sammitinin layihə bəyanatında deyilir ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir və sənədin surətinə əsasən, İsrail özünü müdafiə etmək hüququna malikdir.
Bəyanat həmçinin regional sabitlik naminə eskalasiyaya son qoymağa çağırır və G7-nin enerji bazarlarında sabitliyi təmin etmək üçün işləməyə hazır olduğunu ifadə edir.
Bundan başqa, ABŞ prezidenti Donald Tramp deyib ki, İran danışıqlarda maraqlıdır və lakin Tehran belə bir təşəbbüslə daha əvvəl çıxış etməli idi:
"Mən vasitəçilərdən mesajlar almışam ki, İran danışıqlar aparmaq və gərginliyi azaltmaq istəyir. Amma bunu 60 gün bitməmiş etməli idilər. Onların 60 günü var idi və 61-ci gündə dedim ki, bizim heç bir razılaşmamız yoxdur. Onların razılaşmaya ehtiyacı var və bu, hər iki tərəf üçün ağrılıdır. Amma mən deyərdim ki, İran bu müharibədə qalib gəlmir və onlar danışıqlara indi, çox gec olmadan başlamalıdırlar. İran həqiqətən də danışıqlar aparmaq istəyirsə, indi vaxtıdır. Biz İsraili dəstəkləyirik və onlar indi yaxşı işlər görürlər.", - Tramp bildirib.