Norveç Rusiya ilə sadələşdirilmiş viza rejimini DAYANDIRIB

 23-09-2022

Norveç Avropa İttifaqının ardınca Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə sazişi tamamilə dayandırıb.

“Norveç və Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair saziş 22 sentyabr 2022-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb”, - Norveç İmmiqrasiya İdarəsindən bildirilib.

Bu qərar Aİ Şurasının 9 sentyabr 2022-ci il tarixli qərarını təkrarlayıb.

Qeyd edək ki, Norveç Aİ-nin üzvü deyil, lakin Şengen zonasının bir hissəsidir və Rusiya ilə 198 kilometrlik quru sərhədini bölüşür.

Xatırladaq ki, bugünlərdə İsveçrə də Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb.

Mənbə: rbc.ua

Bənzər yazılar

0.44592905044556