Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi bəlli oldu

 06-05-2025

Argentinalı hücumçu Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi bəlli olub.

MillətinSəsi.İnfo "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" klubu Mauro İkardi ilə yollarını ayırmayacaq.

Hətta klub hücumçuya ikiillik yeni müqavilə təklif etmək barədə düşünür.

Klub rəhbərliyi tərəflər arasında danışıqlar yekunlaşdıqdan sonra məlumat verəcəyini bildirib.

Qeyd edək ki, Mauro İkardi UEFA Avropa Liqasının Liqa mərhələsinin "Tottenhem" - "Qalatasaray" matçında zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Futbolçunun iyun ayında zədəsini bərpa edəcəyi bildirilib.

Bənzər yazılar

0.069300174713135