Rusiyada təyyarə qəzalı eniş etdi: Xəsarət alan var - ANBAAN VİDEO

 26-03-2025

Rusiyada "An-12" yük təyyarəsi qəzalı eniş edib, xəsarət alan var.

Milletinsesi.info-ın RBK-ya istinadən məlumatına görə, bu barədə şəhərin Vahid Növbətçi-Dispetçer Xidməti (VNDX) məlumat verib.

Bildirilib ki, Sabbeta-Novıy Urenqoy marşrutu üzrə hərəkət edən təyyarənin enişə yaxınlaşarkən sol şassi dayağı tam açılmayıb və fiksasiya olunmayıb.

Hadisə zamanı göyərtədə səkkiz ekipaj üzvü olub, onlardan biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Nəzarət qurumu yoxlamağa başlayıb.

Bənzər yazılar

0.067005157470703