Xətai rayonunun "Zeytun bağları" adlanan ərazisinin sakinləri yol problemindən əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətləri cavabsız qalıb.
"Yolumuz bərbad haldadır. 2-3 ildir qazıblar, amma düzəltmirlər. Az qalıb ki, yağış yağanda qayıqla hərəkət edək", - deyə onlar narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, vətəndaşları illərdir narahat edən yolun təmiri ilə bağlı artıq aidiyyəti qurumlara müraciət olunub və növbəli şəkildə həmin yolun təmiri nəzərdə tutulub.
Ətraflı Baku TV-nin süjetində: