Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlu Rusiyanın Federasiya Şurasının ali mükafatına layiq görülüb.
MillətinSəsi.İnfo xəbər verir ki, o, Rusiya və Azərbaycan arasında parlamentlərarası əməkdaşlıq komissiyasının 22-ci iclasının açılış mərasimində Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən mükafatlandırılıb.
Bildirilir ki, mükafat Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təqdim edilib.